“Olimpiakos” klubunun futbolçusunu “bita” ilə döyüblər

16-01-2022, 09:58           
“Olimpiakos” klubunun futbolçusunu “bita” ilə döyüblər
Yunanıstanın “Olimpiakos” klubunun portuqaliyalı müdafiəçisi Ruben Semedu naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.

Yunanıstan mətbuatı yazır ki, üç nəfər maskalı şəxs 27 yaşlı futbolçunu Glifadadakı evinin qarşısında “bita” ilə döyüblər.

R. Semedu özü hadisə barədə polisə məlumat verib.

Polis araşdırmaya başlayıb. Hadisə yerinə təcili tibbi yardım maşını gəlib.

Yunanıstan klubu rəsmi açıqlama yayaraq, hadisəni pisləyib və polisin futbolçunu döyməkdə günahkar olanları cəzalandıracağına əminliyini bildirib.

Mənbə: Sport 24












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru