Qış Olimpiya yığmamızın bayraqdarı müəyyənləşdi

19-01-2022, 08:24           
Qış Olimpiya yığmamızın bayraqdarı müəyyənləşdi
Azərbaycan millisinin Pekin-2022 Qış Olimpiya Oyunlarındakı bayraqdarı müəyyənləşib.

Teref.az Trend-ə istinadən xəbər verir ki, bu məlumatı Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə açıqlayıb.

O, MOK-un Pekin-2022 Qış Olimpiya Oyunlarına həsr olunan təqdimat mərasimində bayraqdarın adına aydınlıq gətirib. Hüseynzadə bildirib ki, Çinin paytaxtında Azərbaycan bayrağını Vladimir Litvintsev daşıyacaq.

MOK rəsmisinin sözlərinə görə, Azərbaycan yığması Çinin paytaxtına 10 nəfərdən artıq nümayəndə heyəti ilə yollanacaq.

Tədbirdə yığmamızın rəsmi forması da nümayiş etdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru