İtaliya Kuboku: “Yuventus” növbəti mərhələyə darmadağınla yüksəldi - VİDEO

19-01-2022, 09:37           
İtaliya Kuboku:
İtaliya Kubokunun 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

Oxu.az xəbər verir ki, Turindəki “Allianz Stadium”da baş tutan qarşılaşmada “Yuventus” “Sampdoriya”nı qəbul edib.

Görüş ev sahibin böyük üstünlüyü ilə yekunlaşıb - 4:1.

Qeyd edək ki, mərhələnin bunadək keçirilən oyunlarında “Latsio” “Udineze”dən (1:0), “Atalanta” isə “Venesiya”dan üstün olub - (2:0). Həmçinin, “Napoli” “Fiorentina”ya böyük hesabla uduzub (2:5), “Milan”sa “Genoa”ya qalib gəlib (3:1).

Qeyd edək ki, turnirin bu mərhələsinə yanvarın 19-da keçiriləcək “Sassuolo”-“Kalyari”, “İnter”-“Empoli” və “Roma”-“Leççe” matçları ilə yekun vurulacaq.

Ölkə Kubokunun 1/4 qarşılaşmaları isə fevralın 9-da baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru