Bolqarıstan klubu "Neftçi" ilə oyundan imtina etdi

20-01-2022, 08:28           
Bolqarıstan klubu "Neftçi" ilə oyundan imtina etdi
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Neftçi"nin Bolqarıstanın "MOİK 1948" komandası ilə yoxlama oyunu baş tutmayacaq.

Redaktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Sofiya təmsilçisi "ağ-qaralar"a qarşı matçdan imtina edib. Klub bunu texniki səbəblərlə əlaqələndirib.

"MOİK-1948" həmin tarixdə Şimali Makedoniya "Borets"i ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Neftçi" Antalyada artıq 2 yoxlama oyunu keçirib. Son ölkə çempionu ilk sınağında Macarıstan "Kişvarda"sı ilə 2:2 hesablı heç-heçə edib. Paytaxt təmsilçisinin Polşanın "Visla" (Plotsk) klubu ilə matçında da qalib müəyyənləşməyib - 1:1.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru