“Kral klubu”nun keçmiş futbolçusu: “Mbappenin “Real”a keçməsi mümkün deyil”

23-01-2022, 09:54           
“Kral klubu”nun keçmiş futbolçusu:
Madrid “Real”ının və Kamerun millisinin keçmiş yarımmüdafiəçisi Ceremi Njitap PSJ-nin hücumçusu Kilian Mbappenin “kral klubu”na mümkün keçidi barədə danışıb.

“Mənim fikrimcə, bu mümkün deyil. Mbappenin dediklərini xatırlayıram: dünyanın ən yaxşı futbolçusu ilə oynamaq istəyirəm. Əgər PSJ-nin heyətinə baxsaq, görərik hər şey elə onun istədiyi kimidir. İnanmıram ki, dünyanın ən yaxşı futbolçuları ilə oynadığı bir vaxtda Mbappe harasa getsin”, - deyə o bildirib.

Mənbə: Sports.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru