"Paris Open": İrina Zaretska finala vəsiqə qazanıb

23-01-2022, 11:46           
"Paris Open": İrina Zaretska finala vəsiqə qazanıb
Azərbaycanın qadın karateçisi İrina Zaretska "Paris Open 2022" turnirində finala vəsiqə qazanıb.

"Report"un məlumatına görə, 61 kq-da çıxış edən 26 yaşlı idmançı həlledici görüşdə fransalı Alizye Ajye ilə qarşılaşacaq.

Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Əvvəlcə yerli karateçi Çayme Zaudjala qalib gələn ikiqat dünya və Avropa çempionu növbəti raundda kosovolu Festina Kurrini məğlub edib. Zaretska yarımfinalda isə Fransanın digər təmsilçisi Taliya Sombedən üstün olub.

Qeyd edək ki, final görüşü bu gün keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru