“Bavariya” səfərdə rəqibi darmadağın etdi

24-01-2022, 09:18           
“Bavariya” səfərdə rəqibi darmadağın etdi
Almaniya Bundesliqasında 20-ci tura yekun vurulub.

Sonuncu oyun günündə iki matç keçirilib. “Leyptsiq” doğma meydanda “Volfsburq”u 2 cavabsız qolla qalib gəlib. Lider “Bavariya" səfərdə "Herta"nı 4:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, turnir cədvəlinə 49 xalla "Bavariya" başçılıq edir.

"Leyptsiq" – "Volfsburq" - 2:0
Qol: Orban, 76, Qvardiol, 84

"Herta" – "Bavariya" - 1:4
Qol: Ekkelenkamp, 80 – Tolisso, 25, Müller, 45, Sane, 75, Qnabri, 79












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.