Messi PSJ-də karyerasının ən pis mövsümünü keçirir

25-01-2022, 09:53           
Messi PSJ-də karyerasının ən pis mövsümünü keçirir
Fransa çempionatında PSJ növbəti dəfə evində böyük hesablı qələbə qazanıb.

Paris təmsilçisi “Reyms”ə 4:0 hesabı ilə qalib gəlib.

Paytaxt klubunun hücumçusu Lionel Messi 63-cü dəqiqədə meydana daxil olub və fərqlənə bilməyib. 34 yaşlı futbolçu bu mövsüm Fransa çempionatında cəmi bir qol vurub ki, bu da onun karyerasında ən pis mövsüm kimi tarixə düşüb.

Qeyd edək ki, PSJ 2021-ci ilin 10 avqustunda Lionel Messinin transferini elan edib.

Mənbə: Gazeta.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.