Tayvan Pekində olimpiadanın açılış mərasimində iştirak etməyəcək

27-01-2022, 08:02           
Tayvan Pekində olimpiadanın açılış mərasimində iştirak etməyəcək
Tayvan administrasiyasının idman məmurları və rəsmi şəxsləri Pekində Qış Olimpiadasının açılış və bağlanış mərasimlərində iştirak etməyəcəklər.

Bu barədə yanvarın 26-da TASS agentliyi «Taipei Times» qəzetinə istinadla xəbər verib.

Qəzetin yazdığı kimi, Taybeydə hesab edirlər ki, Çin hakimiyyəti bu tədbirdən adanın Çinə məxsus olduğu barədə ərazi təbliğatından və birləşmək ideyasından aktiv istifadə edəcək.

İdmançıların paradında «Çin Taybeyi» adı altında Olimpiadada iştirak edən Tayvan komandası təşkilatçıların qərarına uyğun olaraq, Honkonq atletlərindən əvvəl addımlayacaq. Materialın müəllifinin fikrincə, bu, rəmzi təsir bağışlayacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.