Avropa çempionatı: Azərbaycan millisi İspaniya ilə heç-heçə edib

27-01-2022, 09:54           
Avropa çempionatı: Azərbaycan millisi İspaniya ilə heç-heçə edib
Futzal üzrə Azərbaycan milli komandası Niderlandda keçirilən Avropa çempionatında növbəti oyununa çıxıb.

Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv D qrupundakı ikinci sınağında İspaniya seçməsi ilə üz-üzə gəlib. Qroningen şəhərindəki "Martini Plaza"da oynanılan qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

Matçda hesabı Azərbaycan millisi açıb. Rəqibin heyətində Serxio Losano 10-cu dəqiqədə topu öz qapısından keçirib. İspaniyalılar cəmi 2 dəqiqə sonra tarazlığı bərpa ediblər. Raul Qomes qüvvətli zərbə ilə Emin Kürdovu məğlub edib. 17-ci dəqiqədə Ata İsayev milli komandanı yenidən hesabda önə keçirib. Oyunda son nöqtəni isə Losano qoyub. İlk hissədə avtoqol müəllifi olan futzalçı 31-ci dəqiqədə komandasını məğlubiyyətdən xilas edib.

Tarixində ilk dəfə İspaniyaya uduzmayan Joze Alesionun komandası qrupda ilk xalını qazanıb və 3-cü pillədə qərarlaşıb. Xallarını 4-ə çatdıran Pireney təmsilçisi isə 2-cidir. Azərbaycan yığması qrupdan çıxmaq üçün son turda Bosniya və Herseqovinaya böyük hesabla qallib gəlib, İspaniyanın Gürcüstana uduzmasını gözləməlidir.

Qeyd edək ki, qrupun digər oyununda Bosniya və Herseqovina üzərində 2:1 hesablı qələbə qazanan Gürcüstan millisi isə 1/4 finala vəsiqəni təmin edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru