Biatlonçu qız uğursuz yarışdan sonra ölümlə hədələnib - FOTO

28-01-2022, 09:37           
Biatlonçu qız uğursuz yarışdan sonra ölümlə hədələnib - FOTO
Estoniyalı biatlonçu Tuuli Tominqas uğursuz yarışdan sonra ölümlə hədələndiyini bildirib. İtaliyanın Antholz şəhərində keçirilən Dünya Kubokunun yeddinci mərhələsində Tominqas qadın estafetində ikinci mərhələdə çıxış edib.

Uğursuz yarışdan sonra “Instagram” istifadəçilərindən biri biatlonçunun paylaşımının altına onu və ailəsini ölümlə hədələyən şərhlər yazıb.

“Deyəsən, bu yoldaş bütün pulu komandamıza qoyub və uduzub. Bu şərh üçün sadəcə başqa bir izahat tapa bilmirəm”, - deyə Tominqas bildirib.

Qeyd edək ki, Estoniya millisi estafetdə 15-ci yeri tutub. Onlar Norveçli qaliblərdən dörd dəqiqə 17,7 saniyə geri qalıblar.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru