Dağıstanda qadınlar qarda qalmış avtomobili trosun köməyi ilə dağa çəkiblər. Bununla bağlı paylaşım sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
Məlumata görə, avtomobil dağın yamacında ilişib və onu yerindən tərpətmək üçün demək olar ki, bütün kəndin qüvvələrini birləşdirmək lazım gəlib. Qadınlar da öz köməklərini əsirgəməyib.