Çingiz Allazov “One Championship” Dünya Qran Prisinin finalına çıxdı

29-01-2022, 08:10           
Çingiz Allazov “One Championship” Dünya Qran Prisinin finalına çıxdı
Azərbaycan əsilli Belarus kikboksçusu Çingiz Allazov Sinqapurda keçirilən “One Championship” Dünya Qran Prisi yarışının finalına vəsiqə qazanıb.

O, turnirin yarımfinalında erməni Marat Qriqoryanın COVID-ə yoluxmasından sonra onu əvəz edən tailandlı döyüşçü Co Nattavutu məğlub edib.

Çinqa ləqəbi həmyerlimiz artıq birinci raundun ikinci dəqiqəsində həmkarını nokaut edib.

Digər yarımfinalda da qalib müəyyənləşib. Gürcüstanlı Davit Kiria ilə döyüşü tam olaraq başa vuran daha bir tailandlı Sittiçay Sitsonqpinonq hakimlərin yekdil qərarı ilə qalib elan edilib.

Beləliklə, Çingiz yüngül çəkidə çempion adı uğrunda məhz sonuncu ilə döyüşəcək












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru