Şəhriyar ikinci pilləyə yüksəldi

30-01-2022, 08:25           
Şəhriyar ikinci pilləyə yüksəldi
Bu gün Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin 12-ci turunun oyunları keçirilib.

Redaktor.az xəbər verir ki, təmsilçimiz Şəhriyar Məmmədyarov növbəti turda hindistanlı Vidit Santoş ilə mübarizə aparıb.

Qara fiqurlarla oynayan şahmatçımız rəqibini 38-ci gedişdə məğlub edib.

Qeyd edək ki, 12 turdan sonra Ş.Məmmədyarov 7,5 xalla 2-ci pilləyə yüksəlib.

Turnir cədvəlinə şahmatçımızla eyni xal toplayan hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen (əlavə göstəricilərə görə) başçılıq edir.

Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Turnirdə 14 şahmatçı iştirak edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru