Avropa çempionatı: Azərbaycan millisi mübarizəni dayandırıb

30-01-2022, 08:17           
Avropa çempionatı:

Futzal üzrə Azərbaycan milli komandası Niderlandda keçirilən Avropa çempionatının qrup mərhələsində sonuncu oyununa çıxıb.

D qrupunun III turunda Bosniya və Herseqovinanı sınağa çəkən Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 4:2 hesablı qələbə qazanıb.

Yığmanın heyətində qolları 7-ci dəqiqədə Bolinya, 11-ci dəqiqədə Eduardo Borges, 33-cü dəqiqədə Rafael Vilela və 40-cı dəqiqədə Qallo vurublar. Rəqibdən isə 12-ci dəqiqədə Anel Radmiloviç və Nermin Kahvedziç fərqlənib. Joze Alesionun komandasında Felipinyo 30-cu dəqiqədə ikinci sarı vərəqəni görərək meydandan qovulub

Qalibiyyətə baxmayaraq, Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırıb. Buna qrupun digər matçında Gürcüstanın İspaniyaya məğlubiyyəti (0:8) səbəb olub. Bununla da yığma qrupu 4 xalla 3-cü pillədə başa vurub.

Qeyd edək ki, qrupdakı ilk matçında Gürcüstana 2:3 hesabı ilə uduzan Azərbaycan millisi ikinci görüşdə İspaniya ilə heç-heçə edib - 2:2.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru