Uduzan boksçu erməni məşqçisini döydü

30-01-2022, 11:45           
Uduzan boksçu erməni məşqçisini döydü
“Balta” ləqəbli boksçu Maksim Şerbakov keçmiş məşqçisi Albert Karmazyanı döyüb.

Teref.az xəbər verir ki, hadisə Şerbakovun Maksim Novoselovla dueldə texniki nokautla məğlub olmasından sonra baş verib.

Təşkilatçıların köməkçisi, keçmiş mentor və məşqçi ilə münaqişə paltardəyişmə otağında baş verib.

Əvvəlcə onlar münasibətlərini yüksək tonda həll etməyə çalışıblar və bundan sonra davaya çevrilib.

Məşqçinin sözlərinə görə, keçmiş tələbəsi özü dava salıb:

“Ola bilsin ki, döyüşdən sonra aqressiv olub. O, döyüşdən sonra özünü qeyri-adekvat aparıb. Mən sırf şəxsi təhlükəsizliyim üçün hərəkət etdim”.

O, əlavə edib ki, davadan sonra boksçu ilə danışıb və münaqişə həll olunub. (Lent.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.