Minsk “Dinamo”sunun məşqinə dovşan da qatıldı - VİDEO

31-01-2022, 09:02           
Minsk “Dinamo”sunun məşqinə dovşan da qatıldı - VİDEO
Belarusda paytaxtın “Dinamo” futbol komandasının məşqinə dovşan qonaq gəlib. O, azarkeşlər bölməsindən pilləkənlərlə enərək meydançanın kənarı ilə qaçıb.

Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

“Məşqçilər korpusu artıq futbolçunun heyrətamiz sürətini, eləcə də meydançanı əla görməsini qeyd edib”, - deyə zarafatla bildirilib.

Həmçinin, mətbuat xidməti klubun azarkeşlərindən dovşanı komandaya qəbul edib-etməmək barədə soruşub.


Mənbə: korrespondent.net












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru