DÇ-2022: Kanada ABŞ-a qalib gəlib

31-01-2022, 07:58           
DÇ-2022: Kanada ABŞ-a qalib gəlib
Kanadanın yığma komandası Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF) komandaları arasında 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə turnirinin onuncu turunda öz meydanında ABŞ-ı 2:0 hesabı ilə məğlub edib.

“Report” xəbər verir ki, qolları Kayl Larin (7-ci dəqiqə) və Samuel Adekuqbe (90+5) vurub.

“Beşiktaş”ın 26 yaşlı hücumçusu Larin üçün bu qol Kanada yığmasında 23-cü olub.

Beləliklə, Kanada komandası 10 görüşdən sonra 22 xal toplayıb və təsnifat turnir cədvəlində birinci yeri tutur, amerikalılar 18 xalla ikinci yerdədir. Növbəti oyunda kanadalılar fevralın 3-də Salvador millisi ilə səfərdə oynayacaq, amerikalılar isə həmin gün Honduras komandasını qəbul edəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru