Pekin-2022: Azərbaycan nümayəndə heyəti Çinə yollanıb

2-02-2022, 07:53           
Pekin-2022: Azərbaycan nümayəndə heyəti Çinə yollanıb
Pekin-2022 Qış Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti Çinə yola düşüb. "Report"un məlumatına görə, bu barədə şef de-mission Anar Bağırov özünün feysbuk səhifəsində paylaşım edib.

Azərbaycanı olimpiadada təmsil edəcək fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova isə Pekinə Rusiyanın paytaxtı Moskvadan gedəcəklər.

Qeyd edək ki, Pekin olimpiadası 4 - 20 fevralda keçiriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.