AFFA-nın növbəti Hesabat Konfransının proqramı bəlli olub

2-02-2022, 11:05           
AFFA-nın növbəti Hesabat Konfransının proqramı bəlli olub
Bu gün AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək.

"Report"un məlumatına görə, “Baku Marriott Hotel Boulevard” otelindəki toplantı saat 10:00-da başlayacaq.

Konfransdan dərhal sonra İcraiyyə Komitəsinin iclası olacaq.

Konfransı proqramı belədir:

1. AFFA-nın prezidenti Rövnəq Abdullayevin salamlama çıxışı

2. Hüquqi prosedurların icrası

3. Hesabat videoçarxının nümayişi

4. İcraçı vitse-prezident Elxan Məmmədovun hesabat çıxışı

5. Maliyyə və Mühasibatlıq Departamentinin rəisi Xalid Cavadovun çıxışı

6. Müstəqil auditor Elnur Kazımovun çıxışı

7. "AVRO-2020"-nin irsi" mövzusunda çıxış - Kamran Vəliyev

8. "Futbolun İnkişafı Fondu" ilə bağlı təqdimat - Tural Piriyev

9. VAR sistemi ilə bağlı təqdimat - Fritz Stuchlik

10. UEFA nümayəndəsi Jozef Klimentin çıxışı

11. FIFA nümayəndəsi Nodar Axalkatsinin çıxışı

12. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin çıxışı

13. Könüllülərə sertifikatların təqdim olunması

14. AFFA-nın prezidenti Rövnəq Abdullayevin yekun çışıxı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru