İspaniya Kuboku: "Valensiya" yarımfinala vəsiqə qazanıb

3-02-2022, 09:30           
İspaniya Kuboku:
“Valensiya” İspaniya Kral Kubokunun 1/4 finalında “Kadis”i 2:1 hesabı ilə məğlub edib.

“Report” xəbər verir ki, “Valensiya”nın heyətində qolları Qonkalo Quedes (24-cü dəqiqə) və Uqo Duro (80) vurub.

“Kadis”də Lukas Peres (54) penaltidən fərqlənib. Matçın 85-ci dəqiqəsində “Kadis”in müdafiəçisi Xuan Kala ikinci dəfə sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb.

Digər 1/4 final oyununda isə “Rayo Valyekano” “Malyorka”ya qalib gəlib (1:0). Yarımfinal cütlükləri daha sonra bəlli olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru