Afrika Millətlər Kuboku: İkinci finalçı müəyyənləşdi - VİDEO

4-02-2022, 09:38           
Afrika Millətlər Kuboku: İkinci finalçı müəyyənləşdi - VİDEO
Afrika Millətlər Kubokuda ikinci yarımfinal oyunu baş tutub.

Turnirə ev sahibliyi edən Kamerunla Misir yığması arasında keçirilən görüşdə əsas və əlavə olunmuş vaxtda qol vurulmadığından, qalib penaltilərlə müəyyənləşdirilib. 11 metrlik cərimə zərbələrini daha dəqiq (3:1) yerinə yetirən misirlilər qitə yarışının finalına çıxıb.

Beləliklə də, fevralın 6-da baş tutacaq final matçında Misir millisi Seneqal seçməsilə üz-üzə gələcək.

Xatırladaq ki, Seneqal fevarlın 2-də keçirilən ilk yarımfinalda Burkina-Fasonu 3:1 məğlub edərək həlledici oyunda iştirak hüququ qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru