Pekin-2022: Açılış mərasimindən əvvəl 14 nəfər koronavirusa yoluxub

4-02-2022, 11:35           
Pekin-2022: Açılış mərasimindən əvvəl 14 nəfər koronavirusa yoluxub
Çinin paytaxtı Pekindəki XXIV Qış Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı artıb.

"Report" yarışın Təşkilat Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, açılış mərasimindən əvvəl daha 14 nəfərin testi pozitiv çıxıb.

Onlardan 9-u idmançılar və komanda nümayəndələridir. Ötən gün olimpiada ilə bağlı Pekinə 1344 nəfər səfər edib.

Qeyd edək ki, Pekin-2022-nin açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Oyunlar fevralın 20-də başa çatacaq. Azərbaycanı fiqurlu konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru