"Emreli "Dinamo"dakı bütün futbolçulardan fərqlənir"

4-02-2022, 12:44           
"Emreli "Dinamo"dakı bütün futbolçulardan fərqlənir"
Xorvatiya mətbuatı Zaqreb “Dinamo”sunun millimizin hücumçusu Mahir Emrelini transfer etməsinin səbəbləri haqda yazıb.

Qol.az xəbər verir ki, Index.hr nəşrinin hazırladığı yazıda paytaxt təmsilçisinin 3-5-2 taktiki sxeminə keçdiyi və buna görə də komandaya sol ayağı işlək olan ucaboy hücumçu lazım olduğu bildirililib.

Yazıda qeyd olunub ki, Emrelini “Dinamo”nun bütün fubolularından fərqləndirən futbolçu keyfiyyətləri var: "Emreli "Dinamodakı bütün futbolçulardan fərqlənir. Yeganə solaxaydır və sürəti ilə seçilir. “Legia”dan gələn 24 yaşlı hücumçunun zəngin təcrübəsi var. O, 18 yaşında “Qarabağ”da debüt edib və növbəti 6 mövsümdə 185 oyuna çıxıb, avrokuboklarda komandasına çox faydalı olub.

O, 24 məhsuldar ötürmə ilə 67 qol vurub. Tez bir zamanda millinin aparıcı oyunçusu oldu. Millidə 32 oyuan 4 qol vurub. O, Avro-2020-nin seçmə mərhələsində Xorvatiya ilə iki dəfə oynayıb və həmin qrupda Uels və Macarıstan yığmalarına qol vurub".

Yazıda o da qeyd olunub ki, Mahirin "Dinamo"ya keçməsi komandanın aparıcı hücumçularından olan Bruno Petkoviçə bir xəbərdarlıqdır. Yəni Emreli mövsümün qalan hissəsində ümidləri doğrulda və əsas heyətə düşə bilsə, Petkoviç yayda komandanı tərk etmək məcburiyyətində qalacaq. Hazırda isə komandada yer alan 6 hücumçudan yalnız Orşiçin start heyətində yeri təmin olunduğu qeyd edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.