Hakimdən Salaha görülməmiş TƏKLİF – “Matçı sən idarə et”

7-02-2022, 12:45           
Hakimdən Salaha görülməmiş TƏKLİF –
Afrika Millətlər Kubokunun ötən gecə baş tutan finalında maraqlı epizod yaşanıb.

Bizim.Media xəbər verir ki, Seneqal yığmasının Misirlə qarşılaşdığı həlledici matçın 36-cı dəqiqəsində indiyədək futbol meydanında görünməmiş hadisə yaşanıb.

Kamerunun paytaxtı Yaoundedə yerləşən “Olembe” stadionunda baş tutan oyunda Misirin ulduz futbolçusu Mohammed Salah hakimə etiraz edib.

HakimViktor Qomez isə fitini və kartını Salaha uzadaraq ona matçı idarə etməyi təklif edib.

Xatırladaq ki, əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatan matçda qalib penaltilər seriyasında müəyyənləşib. Burada 4:2 hesabı ilə üstün olan Seneqal kuboka sahib çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru