Tanınmış futbolçu millidə oynamaqdan imtina etdi

9-02-2022, 12:07           
Tanınmış futbolçu millidə oynamaqdan imtina etdi
"Çelsi"nin yarımmüdafiəçisi Hakim Ziyeş bir daha Mərakeş yığmasında oynamayacağını bildirib.

Qol.az xəbər verir ki, 29 yaşlı futbolçu “ADSportsTV”yə açıqlamasında bu barədə deyib:



“Mən Mərakeş millisinə qayıtmayacağam. Bu mənim son qərarımdır. Mən orada hər şeyin necə getdiyini başa düşürəm və bütün diqqətimi “Çelsi”dəki oyunuma yönəldəcəyəm. Azarkeşlərə yazığım gəlir, amma vəziyyət belədir”.

Qeyd edək ki, Hakim Ziyeş Mərakeş millisinin baş məşqçisi Vahid Halilhociçlə konfliktə görə Afrika Millətlər Kubokunun oyunlarına dəvət almayıb. O, sonuncu dəfə ötən ilin sentyabrında yığmada oynayıb. İndiyədək milli komandada 40 oyun keçirmiş Ziyeşin aktivində 17 qol var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru