“Tottenhem” qələbəni əldən verdi, “Milan” “Latsio”nu darmadağın edərək “İnter”ə rəqib oldu - VİDEO

10-02-2022, 09:53           
“Tottenhem” qələbəni əldən verdi, “Milan” “Latsio”nu darmadağın edərək “İnter”ə rəqib oldu - VİDEO
İngiltərə Premyer Liqasında 24-cü turun bir sıra görüşləri keçirilib.

Çempionatın lideri “Mançester Siti” “Etihad” arenasında “Brentford”u, “Tottenhem” eyniadlı stadionda “Sauthempton”u, “Aston Villa” isə “Villa Park”da “Lids”i qonaq edib.

“Şəhərlilər” asan qələbə qazansalar da (2:0), “Tottenhem” oyunun sonlarına yaxın qələbəni əldən verib (2:3). “Aston Villa” isə bir xalla kifayətlənməli olub (3:3)

Klubun heyətində “Barselona”dan icarəyə alınmış Koutinyo xüsusilə seçilib. Premyer Liqaya qayıdan braziliyalı yeni klubunun heyətindəki üçüncü oyununda da 1 qol və 2 məhsuldar ötürməylə fərqlənməyi bacarıb. Bötüvlükdə, yarımmüdafiəçi üç oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Həmçinin, bu gecə İtaliya Kuboku uğrunda daha bir 1/4 final matçı keçirilib.

“Cuzeppe Miatza” stadionunda yerli “Milan” “Latsio” ilə qarşılaşıb.

Oyun ev sahiblərinin mütləq üstünlüyü ilə keçib – 4:0

Beləliklə də, “rossonyeri”lər fevralın 8-də “Roma” üzərində 2:0 hesablı qələbə qazanan “İnter”lə yarımfinalda rəqib olub.

“Atalanta” – “Fiorentina” və “Yuventus” – “Sassuolo” matçları isə fevralın 10-da baş tutacaq. Yarımfinalın növbəti cütlüyünü məhz bu oyunların qalibləri təşkil edəcək.

İngiltərə Premyer Liqası

XXIV TUR

“Mançester Siti” - “Brentford” 2:0












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru