“Qarabağ” – “Marsel” oyunu üçün biletlərin qiyməti açıqlandı

13-02-2022, 11:52           
“Qarabağ” – “Marsel” oyunu üçün biletlərin qiyməti açıqlandı
UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ” və Fransa “Marsel”i arasında keçiriləcək cavab oyununun biletləri fevralın 13-də saatışa çıxarılacaq.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytında məlumat verilib. Bildirilib ki, saat 11:00-dan kassalarda olacaq biletlərin qiyməti müvafiq olaraq 5 manat, 15 manat, 40 manat, 75 manat və 100 manat təşkil edir.

Biletləri Respublika stadionun kassalarından saat 11:00-dan 21:00-dək, "Park Bulvar"dakı “Qarabağ” FK-nın Fan-Şopundan saat 11:00-dan 20:00-dək, "28 Mall" və "Gənclik Mall" ticarət mərkəzlərindən saat 10:00-dan 22:00-dək almaq olar.

Eyni zamanda Iticket.az-ın satış məntəqələrində və iticket.az-da onlayn satış təşkil olunacaq.

Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş buraxılacaq.

Qeyd edək ki, görüş saat 21:45-də başlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru