İtaliyalı hücumçu qol sayında Maradonanı geridə qoyub

13-02-2022, 17:15           
İtaliyalı hücumçu qol sayında Maradonanı geridə qoyub
İtaliya millisinin və “Napoli”nin futbolçusu Lorentso İnsinye Neapol təmsilçisindəki qol sayına görə argentinalı əfsanəvi hücumçu Dieqo Maradonanı geridə qoyub.

“Report” “Goal” nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı forvard buna evdə “İnter”lə 1:1 hesablı heç-heçə etdikləri A Seriyasının XXV tur matçında fərqlənməklə nail olub.

Görüşün 7-ci dəqiqəsində penaltidən hesabı açan təcrübəli oyunçu “Napoli”də ümumilikdə 116-cı qolunu vurub. Maradona isə bu komandanın heyətində rəqib qapılarından 115 top keçirib.

Qeyd edək ki, 1984 – 1991-ci illərdə “Napol”nin formasını geyinmiş Dieqo Maradona 2020-ci ildə 60 yaşında ikən vəfat edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru