Ronaldo komanda yoldaşına tüpürdü

14-02-2022, 00:05           
Ronaldo komanda yoldaşına tüpürdü
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştiano Ronaldo "Sautgempton"la 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXV tur matçında komanda yoldaşı Entoni Elanqaya tüpürüb.

Redaktor.az "Daily Express"ə istinadən xəbər verir ki, hadisə final fitindən sonra baş verib. Portuqaliyalı hücumçunun bu hərəkəti bilərəkdən etmədiyi iddia olunub.

Qeyd edək ki, Ronaldo 7 oyundur qol vura bilmir. 37 yaşlı forvard bu mövsüm ölkə çempionatında 20 qarşılaşmada 8 dəfə fərqlənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru