“Trabzonspor”dan Super Liqa çempionluğu yolunda növbəti uğurlu addım - VİDEO

14-02-2022, 09:15           
“Trabzonspor”dan Super Liqa çempionluğu yolunda növbəti uğurlu addım - VİDEO
Türkiyə Super Liqasında XXV turun mərkəzi görüşü “Trabzonspor” və “Konyaspor” komandaları arasında keçirilib.

Trabzon şəhərindəki “Şenol Güneş” stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Qalib komandadan qolları Edin Vişça 13-cü və 67-ci dəqiqələrdə vurub. Qonaqların təsəlli qoluna isə Sokol Çikaleşi imza atıb.

Bununla da 25 oyundan 60 xal toplayan “Trabzonspor” liderliyini daha da möhkəmlədib. “Konyaspor” isə 24 oyundan 48 xalla 2-ci pillədə yer alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru