Taekvondoçularımız Türkiyədən beş medalla qayıdır

14-02-2022, 08:33           
Taekvondoçularımız Türkiyədən beş medalla qayıdır
Taekvondoçularımız Türkiyədən beş medalla qayıdır
Taekvondo üzrə Azərbaycan milli komandası Türkiyənin Antalya şəhərində keçirilmiş “Turkish Open” turnirində bir qızıl, dörd bürünc medal qazanıb.

Olimpiya, dünya və ikiqat Avropa çempionu Radik İsayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 87 kq çəki dərəcəsində yer alan 33 yaşlı idmançı türkiyəli Ekrem Əli Yılmazı, cənubi koreyalı Ho Yeon Kangı, özbəkistanlı Şokruk Rəcəbovu və rusiyalı Mixail Poduzovu yenərək, qızıl medala sahib olub.

Bürünc medalları isə kişilərdən Səyyad Dadaşov (54 kq) və Məhəmməd Məmmədov (80 kq), qadınlardan Patimat Abakarova (53 kq) və Fəridə Əzizova (67 kq) əldə edib.

Qeyd edək ki, “Turkish Open”də 49 ölkədən 1250 taekvondoçu mübarizə aparıb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.