LeBron Ceyms NBA rekordunu qırdı – FOTO/VİDEO

14-02-2022, 09:46           
LeBron Ceyms NBA rekordunu qırdı – FOTO/VİDEO
“Lakers”in ulduz hücumçusu LeBron Ceyms müntəzəm mövsümdə və pley-offda karyerası ərzində ən çox xal toplayan NBA basketbolçusu olub.

O, “Lakers”in “Golden State” ilə səfər oyununda üçüncü hissədə uzaqdan atış ilə karyerasındakı 44 152-ci xalını toplayaraq adını idman tarixinə yazdırıb.

37 yaşlı LeBron 266 oyunda 7631 xalla pley-offun ən sərrast oyunçuları siyahısına başçılıq edir. Lakin müntəzəm çempionatın xallar cədvəlində hələ ki, üçüncü yerdə qərarlaşıb.


Mənbə: sports.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru