AFFA və UEFA “Marsel” – “Qarabağ” oyununun təhlükəsizliyi ilə bağlı müzakirə aparıb

15-02-2022, 00:01           
AFFA və UEFA “Marsel” –
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq “Marsel” – “Qarabağ” oyununun təhlükəsizliyi ilə bağlı UEFA nümayəndələri ilə görüş keçirib.

Bu barədə apasport.az saytına assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib.

Qurum rəsmisi bildirib ki, onlayn iclas zamanı təhlükəsizlik və mümkün təxribatların qarşısının alınması məsələsi müzakirə olunub: “Adıçəkilən oyunla bağlı onlayn qaydada videokonfrans formatında görüş keçirilib. Görüşdə AFFA, UEFA, “Qarabağ”, “Marsel” və Fransanın güc strukturlarının nümayəndələri iştirak edib. Müvafiq müzakirələr aparılıb”.

Qeyd edək ki, fevralın 17-də “Velodrom”da keçiriləcək “Marsel” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru