Karyerası ərzində ən çox qol vuran müdafiəçilər açıqlanıb

15-02-2022, 12:03           
Karyerası ərzində ən çox qol vuran müdafiəçilər açıqlanıb
Futbolçu karyerası ərzində ən çox qol vuran müdafiəçilər açıqlanıb.

"Report" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytına istinadən xəbər verir ki, siyahıya Niderland millisinin sabiq futbolçusu Ronald Kuman başçılıq edir.

59 yaşlı veteran oyunçu 253 dəfə fərqlənməyə müvəffəq olub. İkinci yerdə Argentina yığmasının keçmiş üzvü Daniel Passarella, üçüncü sırada isə ispaniyalı Fernando Yerro yer alıb.

Karyerasını davam etdirən oyunçulardan yalnız biri İFFHS-in siyahısına düşə bilib. Fransa PSJ-sində çıxış edən Serxio Ramos 128 qolla 4-cü pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru