"Real"la oyundakı davranışına görə cəzalandırıla bilər

17-02-2022, 00:03           
"Real"la oyundakı davranışına görə cəzalandırıla bilər
PSJ-nin idman direktoru Leonardo cəzalandırıla bilər.

Teref.az "Marca"ya istinadən xəbər verir ki, buna səbəb onun ötən gecə Çempionlar Liqasının 1/8 final mərhələsində "Real"la görüşdəki (1:0) davranışıdır.

Leonardo matçı idarə edən baş hakim Daniele Orsatoya yaxınlaşaraq, yarımmüdafiəçi Marko Verrattinin 40-cı dəqiqədə aldığı sarı vərəqədən narazılığını və xəbərdarlığın yersiz olduğunu bildirib. PSJ-nin idman direktorunun bu davranışı "Real" nümayəndələrinin xoşuna gəlməyib. Klublar arasında gərginlik olduğu üçün bu epizoda diqqət yetirilib.

Bir neçə gündən sonra Orsatonun bu epizodu matçın protokoluna daxil edib-etmədiyi məlum olacaq. Bu baş verərsə, nizam-intizam komitəsi vəziyyəti nəzərdən keçirəcək və Leonardonu cəzalandırmaq qərarına gələcək .(qol.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru