“Atletiko” autsayderə uduzdu - VİDEO

17-02-2022, 08:48           
“Atletiko” autsayderə uduzdu - VİDEO
İspaniya La Liqasında 21-ci turdan təxirə salınmış “Atletiko” – “Levante” matçı baş tutub.

Madriddəki “Vanda Metropolitano” stadionunda təşkil olunan qarşılaşma qonaq komandanın minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 54-cü dəqiqədə Qonsalo Melero vurub.

Bununla da “Levante” xalını 14-ə çatdırsa da, sonuncu - 20-ci yerdə qalıb. “Atletiko” isə 39 xalla 5-ci yerdədir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.