Ronaldu 2019-da təcavüzə görə həbs olunacaqmış

17-02-2022, 09:35           
Ronaldu 2019-da təcavüzə görə həbs olunacaqmış
Las-Veqas polisi 2019-cu ildə həmin vaxt Turinin “Yuventus” klubunda çıxış edən Kriştianu Ronaldunu model Ketrin Mayorqaya qarşı seksual zorakılıq işi ilə bağlı həbs etmək istəyib.

Polis həmin vaxt hesab edib ki, futbolçu barədə ittiham irəli sürmək və həbs etmək üçün kifayət qədər sübutlar mövcuddur. Lakin prokuror Stiv Volfson məsələ ilə bağlı iş qaldırmayıb.

Qeyd edək ki, model Ketrin Mayorqa 2009-cu ildə Ronaldunun Las-Veqasda yerləşən otellərdən birində ona təcavüz etdiyini irəli sürüb. Onun iddiasına görə, Ronaldu bundan sonra ona 375 min dollar ödəyib və susmasını istəyib.

Mənbə: The Sun.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru