Ukraynalı xizəkçi dopinqə görə Olimpiadadan kənarlaşdırıldı

17-02-2022, 09:45           
Ukraynalı xizəkçi dopinqə görə Olimpiadadan kənarlaşdırıldı
Beynəlxalq Dopinq Test Agentliyi ukraynalı Valentina Kaminskanın 2022-ci il Qış Olimpiya Oyunlarında iştirakını dayandırıb.

Xizəkçinin orqanizmində qanunsuz maddənin izləri aşkar edilib.

İdmançının fevralın 10-da verdiyi dopinq testi müsbət çıxıb. Analizlər Kaminskayanın qanında mesterolon, metilheksanamin və heptaminolun izlərini üzə çıxarıb. Bu maddələr Ümumdünya Antidopinq Agentliyinin (WADA) qadağan olunmuş dərmanlar siyahısındadır.

34 yaşlı Kaminskaya Pekin Olimpiadasında sprint və klassik üslubda yarışda iştirak edib. Hər iki halda o, ilk 50-likdən kənarda qalıb. Xizək estafetində Kaminska ilə Ukrayna millisi bir dövrə geri qaldığı üçün diskvalifikasiya edilib.

Mənbə: rbc.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru