Robinyonun həbsi üçün beynəlxalq order verildi

17-02-2022, 10:35           
Robinyonun həbsi üçün beynəlxalq order verildi
İtaliya Ədliyyə Nazirliyi “Real Madrid”, “Milan” və “Mançester Siti”nin sabiq hücumçusu Robinyonun həbsi üçün beynəlxalq order verib.

Bu, İtaliya Ali Məhkəməsinin keçmiş futbolçunun 9 il müddətinə azadlıqdan məhrum edilməsi qərarını təsdiqləməsindən sonra mümkün olub.

Nazirlik qərarın qüvvəyə minməsi üçün İnterpola müraciət edib.

Qeyd edək ki, Robinyo və daha beş nəfər 2013-cü ildə Milandakı gecə klubunda alban qızı zorlayıb. Həmin axşam 23 yaşını qeyd edən xanım spirtli içkinin təsiri altında olub.

2017-ci ildə braziliyalı cinayətdə təqsirli bilinib. Keçən ay isə İtaliya Ali Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Xatırladaq ki, Robinyo karyerası ərzində Braziliya millisi, “Santos”, “Real Madrid”, “Mançester Siti”, “Milan” kimi klubların formasını geyinib.

Mənbə: Sports.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.