Formula 1-də çıxış edən daha iki komanda yeni mövsüm üçün bolidlərini ictimaiyyətə təqdim edib

17-02-2022, 12:44           
Formula 1-də çıxış edən daha iki komanda yeni mövsüm üçün bolidlərini ictimaiyyətə təqdim edib
Formula 1-də çıxış edən daha iki komanda yeni mövsüm üçün bolidlərini ictimaiyyətə təqdim edib.

AZƏRTAC xəbər verir ki, “Alfa Romeo” komandası Barselonadakı test yarışlarınadək bolidini trasa çıxarmaq istəməsə də, İsveçrə təmsilçisi Formula 1 həvəskarlarını yarış maşınının şəkilləri ilə tanış edib. “C42” bolidinin sükanı arxasına isə komandanın “Mersedes”dən transfer etdiyi Valtteri Bottas əyləşib.

“Uilyams” komandası da eyni tərzdə yeni yarış avtomobilini ictimaiyyət önünə çıxarıb. “FW44” adını daşıyacaq yeni bolidi isə Barselonadakı test yarışlarında canlı izləmək olacaq. Yeni yarış maşınının görüntüsündə bəzi dəyişikliklər edilib. Bundan sonra “Uilyams” bolidlərində 1994-cü ildə faciəvi şəkildə həlak olan komandanın sabiq pilotu Ayrton Sennanın xatirəsinə həsr olunan loqotip əks olunmayacaq. Amma komanda yeni sponsoru olan “Duracell” firmasının adını yarış avtomobilinə həkk etdirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru