Bunu bacaran ilk alman məşqçi oldu

17-02-2022, 15:55           
Bunu bacaran ilk alman məşqçi oldu
Çempionlar Liqasının 1/8 final mərhələsində “İnter”lə ilk matç “Liverpul”un baş məşqçisi Yurgen Klopp üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, 54 yaşlı mütəxəssisin komandası görüşdə 2:0 hesabı ilə qalib gəlib. Beləliklə, Klopp ÇL-də 50-ci qələbəsini qazanıb. Bununla da o, turnirdə ən çox qalib gələn çalışdırıcılar arasında 8-ci olub.



Bu göstəricidə rekord “Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyusona məxsusdur (102 qələbə). Karlo Ançelotti 2-ci (94), Pep Qvardiola 3-cü (91), Arsen Venger 4-cü (86), Joze Mourinyo 5-ci (81), Lui van Qaal 6-cı (57) və Rafael Benites isə 7-cidir (53).

Həmçinin Klopp ÇL-də 50 qələbə səddinə çatan ilk almaniyalı mütəxəssis adını da qazanıb.

Qeyd edək ki, “Liverpul” və “İnter” arasındakı cavab matçı martın 8-i İngiltərədə keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru