Avrokuboklar: Emrelinin komandası “Sevilya” qarşısında tab gətirmədi - VİDEO

18-02-2022, 09:13           
Avrokuboklar: Emrelinin komandası “Sevilya” qarşısında tab gətirmədi - VİDEO
Bu gün UEFA-nın Avropa və Konfrans Liqalarında pley-off mərhələsinin ilk oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin də çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası İspaniyada “Sevilya”nın qonağı olub. Futbolçumuz komandasının start heyətində yer almasa da, ikinci hissədə meydançaya daxil olaraq “Dinamo”da debütünü edib. Lakin Mahirin oyuna qatılması da yekun nəticəyə təsir göstərməyib və Xorvatiya klubunun Priney səfəri uğursuz alınıb. “Sevilya” daha üstün oyun nümayiş etdirərək, matçı 3:1 hesablı qələbə ilə bitirib.


Qeyd edək ki, hər iki turnirin cavab qarşılaşmaları fevralın 24-də baş tutacaq.

UEFA Avropa Liqası

Pley-off mərhələsi

“Sevilya” (İspaniya) – “Dinamo” (Xorvatiya) 3:1


“Portu” (Portuqaliya) – “Latsio” (İtaliya) 2:1

“Leypsiq” (Almaniya) – “Real Sosyedad” (İspaniya) 2:2

“Atalanta” (İtaliya) – “Olimpiakos” (Yunanıstan) 2:1

UEFA Avropa Konfrans Liqası

Pley-off mərhələsi

“Seltik” (Şotlandiya) – “Budö/Qlimt” (Norveç) 1:3

“Lester” (İngiltərə) – “Randers” (Danimarka) 4:1

“Marsel” (Fransa) – “Qarabağ” (Azərbaycan) 3:1

“Sparta” (Çexiya) – “Partizan” (Serbiya) 0:1












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru