Norveç Qış Olimpiya Oyunlarında rekorda imza atıb

19-02-2022, 09:04           
Norveç Qış Olimpiya Oyunlarında rekorda imza atıb
Norveç idmançıları Pekində keçirilən Qış Olimpiya Oyunlarında öz ölkələrinin tarixində ən çox qızıl medal qazanaraq yeni rekorda imza atıblar.

Bu gün Norveçi təmsil edən biatlonçu Yohannes Byo Pekin Olimpiadasında Norveçə 15-ci qızıl medalı qazandırıb.

Hazırda norveçlilər 15 qızıl, səkkiz gümüş və 11 bürünc medalla “Pekin-2022” Qış Olimpiya Oyunlarının medal sıralamasında ilk yerdə qərarlaşıblar.

Məlumat üçün qeyd edək ki, Norveç komandası 24-dəfə baş tutan Qış Olimpiya Oyunlarının hamısında iştirak edib və səkkiz dəfə medal cədvəlini ilk yerdə tamamlayıb.

“Pekin-2022” Olimpiya Oyunları fevralın 20-də başa çatacaq.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru