Holand “kral klubu” ilə ilkin razılığa gəldi

19-02-2022, 09:19           
Holand “kral klubu” ilə ilkin razılığa gəldi
“Real” hücumçu Erlinq Holandla futbolçunun transferi barədə ilkin razılığa gəlib.

Tərəflər “Monako”da görüşüb detalları müzakirə ediblər.

Razılaşmaya əsasən Erlinq Holand digər klublarla danışıqlar aparmayacaq. Buna baxmayaraq transferdə söz sahibi futbolçu olacaq. Yalnız o “Real”a keçmək istədiyi təqdirdə gələn yay “Borussiya”nı tərk edəcək və bu zaman “kral klubu” onunla müqavilə imzalamalı olacaq.

Mənbə: Diario Sport












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.