Azərbaycan 34 ölkə arasında 2-ci yeri tutdu

20-02-2022, 00:03           
Azərbaycan 34 ölkə arasında 2-ci yeri tutdu
Cüdo üzrə Azərbaycan milli komandası İsrailin Təl-Əviv şəhərində keçirilmiş Böyük Dəbilqəni 34 ölkə arasında 2-ci pillədə başa vurub.

Teref.az "report"a istinadla xəbər verir ki, yığmanın 9 üzvündən 4-ü fəxri kürsüyə yüksəlib. Hidayət Heydərov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) qızıl, Yaşar Nəcəfov (66 kq) gümüş, Zelim Kotsoyev (100 kq) bürünc medala sahib olub.

Bundan başqa Kəramət Hüseynov (60 kq) 5-ci, Balabəy Ağayev (60 kq) və Elmar Qasımov (100 kq) 7-ci yerlə kifayətlənib. Yalnız Rüfət İsmayılov (90 kq) və Uşangi Kokauri (+100 kq) 1/4 finaladək irəliləməyi bacarmayıb.

Ümumi hesabda birinci yeri 4 qızıl, 4 bürünc medalla Fransa tutub. Gürcüstan isə 2 qızıl, 1 gümüş medalla üçüncü olub.

Digər tərəfdən, Azərbaycan yığması kişilərin yarışında birinci yeri tutub. Gürcüstan 2 qızıl medalla ikinci, İsrail isə 1 qızıl, 2 bürünc medalla üçüncü olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru