Zaretska qarşısıalınmazdır

21-02-2022, 08:15           
Zaretska qarşısıalınmazdır
68 kq-da çıxış edən idmançımız finalda italiyalı Silvia Semeraro ilə qarşılaşıb.
Azırbaycanın aparıcı qadın karateçisi İrina Zaretska növbəti qələbəyə imza atıb.
Azərbaycan Milli Olimpiya Komitəsindən verilən məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində Karate1 Premyer Liqa turnirində qadın karateçimiz fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

68 kq-da çıxış edən idmançımız finalda italiyalı Silvia Semeraro ilə qarşılaşıb. Rəqibinə 5:2 hesabı ilə qalib gələn Zaretska qızıl medala sahib çıxıb.
Qeyd edək ki, yanvarın 23-də İrina Zaretska "Paris Open 2022" turnirində gümüş medal qazanıb.
61 kq çəkidə çıxış edən idmançımız final görüşündə fransalı Alizye Ajye 4:2 hesabı ilə məğlub olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru