“Marsel” Bakıya məğlub gəlir - VİDEO

21-02-2022, 09:33           
“Marsel” Bakıya məğlub gəlir - VİDEO
Futbol üzrə Fransa Liqa 1-də XXV turun son oyunu keçirilib.

“Velodrom” stadionunda “Marsel” “Klermon”la üz-üzə gəlib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.

Bu nəticədən sonra “Marsel” 46 xalla 2-ci, “Klermon” isə 27 xalla 15-ci pillədə yer alıb.

Qeyd edək ki, “Marsel” növbəti oyununu fevralın 24-də Bakıda “Qarabağ”a qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşü saat 21:45-də başlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru