Rusiya xokkey yığması Olimpiadada antirekorda imza atıb

21-02-2022, 09:21           
Rusiya xokkey yığması Olimpiadada antirekorda imza atıb
Fevralın 20-də Pekində kişilər arasında Olimpiya xokkey turniri başa çatıb.

Finalda Rusiya və Finlandiya yığmaları üz-üzə gəlib. Finlərin 2:1 (0:1, 1:0, 1:0) hesabı ilə qalib gəldikləri qarşılaşmada rusiyalı xokkeyçilər hədəfə 17 zərbə endiriblər ki, bu da Olimpiadanın bütün finalçıları arasında antirekorddur.

Qeyd edək ki, bu göstərici komandaların kubok sistemi üzrə oynamağa başladığı 1992-ci ildən bəri hesablanır.

Onu da bildirək ki, bu göstərici üzrə əvvəlki antirekord (20 zərbə) da ruslara məxsus olub və 1998-ci ildə Çexiya ilə görüşdə qeydə alınıb.

Mənbə: championat.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru