Çempionlar Liqası: "Çelsi" 1/8 finalın ilk oyununda "Lill"i məğlub edib

23-02-2022, 08:53           
Çempionlar Liqası: "Çelsi" 1/8 finalın ilk oyununda "Lill"i məğlub edib
İngiltərənin “Çelsi” futbol klubu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda doğma meydanında Fransanın “Lill” komandasını məğlub edib.

Trend-in məlumatına görə, Londonda "Stemford Bric" arenasında keçirilən görüş 2:0 hesabı ilə başa çatıb.

Qolları Kay Havertz (8-ci dəqiqə) və Kristian Pulişiç (63) vurublar. Cavab matçı martın 16-da Fransada keçiriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.